Tahir Salahov haqqında çəkilən filmin Parisdə təqdimatı keçiriləcək

Tahir Salahov haqqında çəkilən filmin Parisdə təqdimatı keçiriləcək
# 08 yanvar 2014 14:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq rəssamı Tahir Salahov haqqında lentə alınan “Ürəklə şəkil çəkən rəssam” filminin Parisdə təqdimatı keçiriləcək.

Filmin rejissoru Ziya Şıxlinskinin APA-ya verdiyi məlumata görə, hazırda ekran əsərinin fransız dilinə tərcüməsi üzərində iş gedir: “Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2010-cu ildə çəkilib və indiyə qədər həm bizim telekanallarda, həm də Rusiyanın mədəniyyət kanalında nümayiş olunub. Çəkilişləri əsasən Bakıda – Tahir Salahovun İçərişəhərdəki evində və bağında aparmışıq. Film üzərində iş başlananda əvvəlcədən şərt qoydum ki, arxiv materiallarından istifadə edilməyəcək və Tahir müəllim də bu təklifi bəyəndi. Hesab edirəm ki, filmə baxan tamaşaçı rəssam haqqında bütün bilgilərə sahib olacaq”.

Qeyd edək ki, filmin təqdimatının Tahir Salahovun 85 illik yubileyi münasibəti ilə fevral ayında keçirilməsi nəzərdə tutulub. “Yaddaş” studiyasında lentə alınan “Ürəklə şəkil çəkən rəssam” ekran əsərinin rejissoru Toğrul Çuvarlı, operatoru Adil Abbasovdur. Filmdə Qara Qarayevin musiqilərindən istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR