Separatçılar Qorlovkada prokurorluğu ələ keçiriblər

Separatçılar Qorlovkada prokurorluğu ələ keçiriblər
# 02 may 2014 04:52 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, binanı ələ keçirən şəxslər otaqlardan çölə çıxardıqları kompüter və cinayət işlərindən tonqal qalayıblar.

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Belə ki, 1 May Beynəlxalq Zəhmətkeşlər Günü ilə əlaqədar olaraq prokurorluqda qeyri iş günü olub.

Bundan bir gün əvvəl separatçılar şəhər şurasının və milis idarəsinin binalarını ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR