İtaliya parlamenti TAP layihəsi çərçivəsində imzalanmış üçtərəfli dövlətlərarası razılaşmanı təsdiqləyib

İtaliya parlamenti TAP layihəsi çərçivəsində imzalanmış üçtərəfli dövlətlərarası razılaşmanı təsdiqləyib
# 05 dekabr 2013 16:33 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə TAP-ın (Transadriatik boru kəməri) saytında məlumat yerləşdirilib.


TAP-ın icraçı direktoru Kjetil Tunqland layihəyə dəstək verdiyi və bu qərarı qəbul etdiyi üçün İtaliya parlamenti və hökumətinə öz təşəkkürlərini bildirib: “Bu, ilin sonunda “Şahdəniz”lə bağlı yekun investisiya qərarı öncəsi əldə olunan mühüm mərhələlərdən biridir”.

Xatırladaq ki, TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.


TAR-ın səhmdarları ARDNŞ (20%), “Statoil” (20%), BP (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və Axro (5%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR