“Zaminbank”da baş verən mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb

“Zaminbank”da baş verən mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb
# 03 fevral 2014 14:25 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Həsən Talıblının “Zaminbank” ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Araşdırmalarla bankın Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Həsən Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR