Bu gün Əfqanıstanda prezident seçkiləri keçiriləcək - VİDEO

Bu gün Əfqanıstanda prezident seçkiləri keçiriləcək - <span style="color: red;">VİDEO
# 05 aprel 2014 02:05 (UTC +04:00)

Seçkiləri izləmək üçün Kabilə ezam olunan “APA Holding”in əməkdaşları Səbuhi Məmmədli və Fuad Kərimovun verdiyi məlumata görə, səhər saat 8-dən günorta saat 4-ə qədər keçiriləcək seçkilərdə təxminən 12 milyon insan öz səsvermə hüququndan istifadə edə bilər.

Artıq seçki təbliğatına da son qoyulub. Kabilin küçələrində hər yüz metrdən bir hərbçi və polis postları qurulub. Hər addımda ciddi yoxlama var. Əslində, bu da səbəbsiz deyil. Çünki, hələ seçki marafonu başlamazdan əvvəl “Taliban” seçkiləri pozacağını bildirib. Elə dünənə qədər ölkənin müxtəlif yerlərində baş vermiş terror aktları və qətllər də bundan xəbər verir.

Xost vilayətində alman jurnalistin qətlə yetirilməsi, digər bir jurnalistin ağır yaralanması isə əsəbləri yenidən gərginləşdirib.

Qeyd edək ki, hazırda prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Bunlar arasında ən şanslı namizədlər indiki prezident Həmid Karzayın da dəstək verildiyi keçmiş xarici işlər naziri Zalmay Rasul, nüfuzlu ictimai-siyasi xadim Abdulla Abdulla və Əşrəf Qəni Əhmədzaydır.

Əfqanıstanda yaşayan türkmən, xəzər və özbəklərin Əşrəf Qəni Əhmədzayı dəstəkləyirlər. Çünki o seçkiyə özbək əsilli general Əbdülrəşid Dustumla koalisiyada gedir. Qalib gələcəyi təqdirdə, Dustuma I vitse-prezident postu vəd edilib.

Paytaxt Kabildə ən çox qorunan məkan isə seçkilərə cavabdeh olan Müstəqil Seçki Komitəsinin inzibati binasıdır. Qeyd edək ki, son üç gündə bura iki dəfə silahlı hücum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR