Azərbaycan prezidentinin Tehranda rəsmi qarşılanma mərasimi olub - FOTOSESSİYA

Azərbaycan prezidentinin Tehranda rəsmi qarşılanma mərasimi olub - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2014 08:23 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR