Krım tatarlarının lideri Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb - VİDEO

Krım tatarlarının lideri Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb - <span style="color: red;">VİDEO
# 26 aprel 2014 18:26 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, onun namizədliyi Tatarıstan Ağsaqallar Şurası, Tatar İctimai Mərkəz və Krım-Tatar Xalq Məclisi tərəfindən dəstəklənib.

“Şübhəsiz ki, Mustafa Cemilev bu nüfuzlu mükafata ən layiqli namizədlərdən biridir”, deyə açıqlamada bildirilir.

Tanınmış sovet dissidentlərindən biri olan Mustafa Cemilev Stalin dövründə deportasiyaya məruz qalmış xalqını Krıma qaytarılmasını tələb etdiyinə görə həyatının 15 ildən çoxunu həbsxanalarda keçirib.

Krım tatarlarının lideri bundan əvvəl 2009-cu və 2011-ci illərdə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR