Kürdəmirdə avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var - VİDEO

Kürdəmirdə avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 07:53 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Abdullayev Famil Ağalar oğlunun idarə etdiyi 90 MG 281 dövlət nömrə nişanlı, “Ford” markalı maşınla 43 yaşlı Asim Novruzovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletdə əyləşən, rayonun Muğanlı kənd sakini, 22 yaşlı Sadiqov Tərlan Rasim oğlu hadisə yerində dünyasını dəyişib.

Motosikleti idarə edən A. Novruzov isə xəsarətlə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR