Balakəndə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 02 avqust 2013 09:06 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Yevlax-Balakən yolunun 143-cü kilometrliyində, Balakənin Katex kəndinin ərazisində qeydə alınıb. Zaqatala şəhər sakini Quliyev Nəbi Əli oğlu idarə etdiyi “Daevoo-Nexia” markalı maşınla yolu keçən kənd sakini 1958-ci il təvəllüdlü Şitayeva İradə Əhməd qızını vurub. Nəticədə, xəsarət alan İ. Şitayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR