İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirləndirilən ana və oğluna hökm oxunub

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirləndirilən ana və oğluna hökm oxunub
# 13 may 2014 14:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, hökmə əsasən, Polad Salmanov 13 il, onun anası Telbəyim Salmanova 11 il, Novruz Məmmədov 13 il, Elnur Nəsibov 7 il , Samir Kalov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddəsinə əsasən ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR