Quba rayonunda ev yanıb

Quba rayonunda ev yanıb
# 07 dekabr 2013 03:17 (UTC +04:00)

Bakı-APA. Quba rayonunda ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 7 km aralıda yerləşən Amsar kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyaları 54 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR