Bu gün Yasamal və Nəsimi rayonlarının su təminatında fasilələr olacaq

Bu gün Yasamal və Nəsimi rayonlarının su təminatında fasilələr olacaq
# 13 may 2013 08:05 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının su təminatında fasilələr olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 13-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR