Misirdə Süveyş kanalında terror aktlarını hazırlayan 26 nəfərə ölüm hökmü oxunub

Misirdə Süveyş kanalında terror aktlarını hazırlayan 26 nəfərə ölüm hökmü oxunub
# 26 fevral 2014 12:56 (UTC +04:00)

Bakı – APA. Misirdə Süveyş kanalında terror aktlarını hazırlamaqda ittiham olunan 26 nəfərə ölüm hökmü oxunub.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, həmin şəxslər Süveyş kanalından keçən gəmilərə hücum təşkil etməyi planlaşdıran terrorçu qruplaşmanın yaradılmasına görə mühakimə olunub.

Misir qanunvericiliyinə görə, ölüm hökmünün icrası üçün müftinin müvafiq rəyi tələb olunur. Yekun qərar martın 19-da, sonuncu məhkəmə iclası zamanı elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR