Xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 30 iyun 2014 16:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi və Kürdəmir rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən APA-ya verilən xəbərə görə, Kürdəmir rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Əşrəfova açaraq Hüseyn Arifin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O qeyd edib ki, yaradıcılığa Böyük Vətən Müharibəsi illərində başlayan Hüseyn Arif xalqın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və milli ədəbiyyata töhfələr verib.

Tədbirdə ədibin şeirləri səsləndirilib, tanınmış incəsənət xadimlərinin ifasında onun sözlərinə yazılmış mahnılar dinlənilib, “Hüseyn Arif 90” adlı sərgi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR