İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırdığını rəsmən elan edəcək

İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırdığını rəsmən elan edəcək
# 23 yanvar 2014 13:14 (UTC +04:00)

APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, Komitənin Azərbaycanda fəaliyyətini dayandırdığı tezliklə Bakıda keçiriləcək tədbirlərin birində rəsmən açıqlanacaq.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub və Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR