Azərbaycanda sürücü sükan arxasında infarkt keçirib, avtomobil çaya düşüb

Azərbaycanda sürücü sükan arxasında infarkt keçirib, avtomobil çaya düşüb
# 14 may 2014 09:43 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağsu rayonu Cəlayir kəndinin ərazisində qeydə alınıb.

Qobustan rayon sakini Qabil Hüseynov sükan arxasında infarktdan ölüb və avtomobil yaxınlıqdan keçən Əyriçay çayına düşüb. Mərhumun meyiti çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR