ETSN çaylardakı  mövcud vəziyyəti açıqlayıb

ETSN çaylardakı  mövcud vəziyyəti açıqlayıb
# 27 yanvar 2014 11:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvarın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 102 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir.

Yanvarın 27-də Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 13, Salyanda 10, Bankədə 7 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm, Şirvanda 266 sm, Salyanda 245 sm, Bankədə 231 sm, Araz çayının Novruzlu məntəqəsində isə 176 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR