Natiq Əliyev: “Bu ilin birinci rübündə neftin hasilatı proqnozda nəzərdə tutulandan 214 min ton çox olub” - VİDEO

Natiq Əliyev: “Bu ilin birinci rübündə neftin hasilatı proqnozda nəzərdə tutulandan 214 min ton çox olub” - <span style="color: red;">VİDEO
# 15 aprel 2014 07:55 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmində artım müşayiət olunub: “İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu var, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır. Hesabat dövründə 10 mln. 562 min ton xam neft, 7 mlrd. 677 mln. kubmetr təbii qaz hasil edilib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 mln. kubmetr qaz çoxdur”.

N. Əliyev deyib ki, cari ilin yanvarın 29-da “Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş “Qərbi Çıraq” platformasından ilk neft hasil olunub və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində quraşdırılıb və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 mln. kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 mln. ton neft və 2,8 mlrd. kubmetr qaz hasil ediləcək. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcək”.

Nazir bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar “BP-Azərbaycan” şirkətinin rəhbərliyinin ünvanına söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi tapşırıqlar müsbət nəticələnib: “Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 mln. 623 min ton proqnoz göstəricilərinə qarşı 32 mln. 717 min ton və ya 2,1 mln. ton xam neft artıq hasil edilib. Bu ilin birinci rübündə isə 7 mln. 694 min ton neft əvəzinə 7 mln. 908 min ton neft hasil olub ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR