Lənkəranda 16 yaşlı oğlan oğurluq faktına görə tutulub - VİDEO

Lənkəranda 16 yaşlı oğlan oğurluq faktına görə tutulub - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 13:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluqla məşğul olan 16 yaşlı yeniyetmə saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 16 yaşlı Rafət Rüfət oğlu Nuriyevin uzun müddətdən bəri şəhər və rayon ərazisindəki mağaza və dükanlardan nağd pul və müxtəlif növ ərzaq məhsulları oğurladığı bildirilir. Polisin həyata keçirdiyi növbəti əməliyyat tədbiri zamanı R,Nuriyev mərkəzi şəhər bazarındakı dükanların birindən oğurluq edərkən yaxalanıb.

Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR