Samuxda iki sərxoşun mübahisəsi bıçaqlanma ilə nəticələnib - VİDEO

Samuxda iki sərxoşun mübahisəsi bıçaqlanma ilə nəticələnib - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 10:42 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samuxda bıçaqlanma baş verib.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Nəbiağalı kəndi ərazisində baş verib.

Kənd sakini, 1980-ci il təvəllüdlü Zirvə Cəfərov mübahisə etdiyi tanışı və kəndlisi, 1990-cı il təvəllüdlü Kənan Yusibovu bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Məlumata görə, hər iki şəxs sərxoş olub.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR