Borçalıda Aşıq Kamandar Əfəndiyevin büstünün açılışı olub - FOTO

Borçalıda Aşıq Kamandar Əfəndiyevin büstünün açılışı olub - <span style="color: red;">FOTO
# 18 sentyabr 2013 16:24 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Gürcüstan Aşıqlar Birliyinin təşəbbüsü ilə bu gün Marneuli rayonunun Kəpənəkçi kəndində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar mədəniyyət işçisi, mərhum Aşıq Kamandar Əfəndiyevin büstünün və ev muzeyinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi baziri Quram Odişariya çıxış edərək gürcü və Azərbaycan xalqlarının tarixi dostluğundan danışıb və aşıq Kamandar haqqında ürək sözlərini bildirərək qeyd edib ki, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi Aşıq Kamandar Əfəndiyevin ev muzeyini qeydiyyata götürəcək.

Tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin köməkçisi Savalan Mirzəyev, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan və Gürcüstan Aşıqlar Birliyinin nümayəndələri, ziyalılar, jurnalistlər, QHT rəhbərləri, kənd sakinləri və digər rəsmi şəxslər iştirak edib.

Sonda Gürcüstan Aşıqlar Birliyinin üzvü olan aşıqların ifasında saz havaları səsləndirilib, konsert keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR