“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin Nizamnaməsi və strukturu təsdiqlənib

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin Nizamnaməsi və strukturu təsdiqlənib
# 04 may 2014 09:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu APA. Nazirlər Kabineti «Azərbaycan Polad İstehsalı Kompleksi» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Nizamnaməsi və strukturunu təsdiqləyib.

APA-nın məlumatına görə, hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.K. Atatürk prospekti 57 C ünvanında yerləşən «Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-nin nizamnamə kapitalı 2 milyon manatdır.

Nizamnamə kapitalı Cəmiyyətin səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarətdir.

«Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-nin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 4 nəfərdən - Cəmiyyətin sədrindən və 3 sədr müavinindən ibarətdir. İdarə Heyətinin işinə sədr rəhbərlik edir.

«Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-nin sədrini və sədr müavinlərini (İdarə Heyətinin üzvlərini) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi barədə qərarlar da Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

«Azərbaycan Polad İstehsalı Kompleksi» QSC-nin strukturuna Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, Cəmiyyətin tabeliyində olan
hüquqi şəxs statuslu qurumlar və «Daşkəsən Filizsaflaşdırma» Açıq Səhmdar Cəmiyyəti daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR