Ermənistan deputatları NATO-nun Bakıdakı seminarında iştirak etmək istəyirlər

Ermənistan deputatları NATO-nun Bakıdakı seminarında iştirak etmək istəyirlər
# 09 iyun 2014 12:39 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin Korün Naqapetyan deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin nümayəndə heyəti təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya səfər etməyə hazırdır.

K.Naqapetyan həmçinin bildirib ki, Ermənistan tərəfi 2015-ci ildə seminarın İrəvanda keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, «Rose Roth» seminarı iyun ayında Bakıda keçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR