Azərbaycan tank əleyhinə «Əqrəb» adlı maşının istehsalına başlayıb

Azərbaycan tank əleyhinə «Əqrəb» adlı maşının istehsalına başlayıb
# 19 sentyabr 2013 11:01 (UTC +04:00)

APA-nın məlumatına görə, kompleksin silahlanmasına yanlarda 7.62 mm çaplı pulemyot, «Skif» və ya «Spayk» tipli tank əleyhinə idarə olunan raket kompleksləri daxildir.

Yüksək keçicilik qabiliyyətinə malik maşın «Toyota Hillux 12» şassisi üzərində hazırlanıb. İstənilən ərazi şərtlərində tanklara qarşı effektiv mübarizəni təmin edir.

İlk nümunəsi iyunun 26-da Bakıda keçirilən hərbi parada nümayiş etdirilmiş «Əqrəb» «Azərbaycan-10 il» sərgisində nümayişə çıxarılacaq.

Qeyd edək ki, bu ilin əvvəlində ictimaiyyətə təqdim edilmiş «Gürzə» patrul maşınının AQS-17 tipli avtomatik qumbaraatanla silahlandırılmış «Bəbir» adlı modifikasiyası da mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR