FHN-in xilasetmə komandası Qazaxıstanda “KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarında iştirak edib - FOTO

FHN-in xilasetmə komandası Qazaxıstanda “KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarında iştirak edib - <span style="color: red;">FOTO
# 09 iyun 2014 12:35 (UTC +04:00)

FHN-dən APA-ya verilən məlumata görə, adıçəkilən təlimdə iştirak etmək üçün təlim yerinə Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən aidiyyəti sahələr üzrə tətbiqi nəzərdə tutulan alət və avadanlıqların çatdırılması təmin olunub.

“KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarı Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kapşaqay rayonunda yerləşən “Dağ şəhərciyi” adlanan təlim-məşq mərkəzində keçirilib və bu seminarda 8 dövlətin (Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Çin) 22 komandası iştirak edib.

“KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarının rəsmi açılış mərasimi, mandat komissiyası və komandaların püşk atması olub.

“KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarının müşavirəsində iştirakçılara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti haqda məlumat verilib və videoçarxlar nümayiş etdirilib.

Azərbaycan FHN-in xilasetmə komandası “KAZPAS-2014” Xilasetmə bölmələrinin 19-cu Beynəlxalq toplanış-seminarında bütün mərhələlərdə iştirak edərək 22 komanda arasında III yerə layiq görülüb, diplom və təltiflərlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR