Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması ilə bağlı işlər yekunlaşır

Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması ilə bağlı işlər yekunlaşır
# 24 yanvar 2014 13:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması ilə bağlı işlər demək olar ki, yekunlaşmaq mərhələsindədir.

Bunu APA-ya açıqlamasında Azərbaycanın İspaniyadakı səfirliyin I katibi Cavid Kazımov bildirib.

Onun sözlərinə görə, Ticarət Palatasında iştirak etmək şirkətlərin siyahısı tamamlanandan sonra Azərbaycanda qurumun qeydiyyatdan keçirilməsi üçün müraciət olunacaq. Diplomat bildirib ki, palatanın təsis tarixi qeydiyyatdan keçməyin müddətindən asılı olacaq: “Bizə bildiriblər ki, proses haradasa bir ay çəkir və ümid edirik ki, mart ayında Ticarət Palatası təsis olunacaq”.

C.Kazımov onu da bildirib ki, palatanın qərargahı Bakıda olacaq və fəaliyyətindən asılı olaraq Madriddə də nümayəndəliyin açılmasını gözləmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR