İrandan Azərbaycana gizli yolla narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana gizli yolla narkotik gətirilməsinin qarşısı alınıb
# 15 may 2013 15:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana gizli yolla narkotik maddə gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Nizami Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında narkotik aşkarlanıb. Yoxlamalar nəticəsində onun düz bağırsağından 1 ədəd bükümdə xalis çəkisi 87,488 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 8,570 qram olan narkotik vasitə - heroin aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR