ABŞ senatorları İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyirlər

ABŞ senatorları İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyirlər
# 19 oktyabr 2013 15:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Senatının bir qrup üzvü İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyirlər. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, respublikaçı senatorlar İrana qarşı yeni sanksiyaların tətbiqini tələb edirlər. Onlar İranın ağır iqtisadi sanksiyalara məruz qalacağı təqdirdə öz nüvə proqramını məhdudlaşdıracağını hesab edirlər.

Qeyd edək ki, Barak Obama ABŞ Konqresini İrana qarşı yeni sanksiya tətbiq etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR