Bank Of Baku

AMB: Ani ödənişlər sistemi üzrə gündəlik əməliyyatların sayı 1 milyona çatıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov

© APA | Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov

# 13 oktyabr 2026 10:51 (UTC +04:00)

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə gündəlik həyata keçirilən əməliyyatların sayı 1 milyona çatıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə bu göstərici aylıq əməliyyatların sayına uyğun gəlirdisə, hazırda sistem vasitəsilə gündə 1 milyon əməliyyat həyata keçirilir.

“Bu sistemin miqyası genişlənməkdə davam edir. Hazırda Ani Ödənişlər Sisteminin həm region ölkələrinin, həm də regiondan kənar ölkələrin ödəniş sistemləri ilə inteqrasiyasında maraqlıyıq. Türkiyə Mərkəzi Bankı ilə də bu istiqamətdə sıx əməkdaşlıq edirik və müvafiq işlər aparılır”, – Vüsal Xəlilov bildirib.

AMB sədrinin müavini qeyd edib ki, ölkələrarası ödənişlərin xərclərinin azaldılmasında fintex şirkətləri mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq regionda maliyyə texnologiyaları sektorunun inkişafı üçün əlavə imkanlar yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR