Azərbaycan Mərkəzi Bankı BOKT "İdeal Kredit” MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.
“APA-Economics” bu barədə AMB-yə istindən xəbər verir.
Belə ki, tənzimləyici aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT "İdeal Kredit” MMC 50 000 manat, onun vəzifəli şəxsi isə 6 000 manat məbləğində cərimə edilib.