ABŞ Pakistana 1 milyard dollarlıq silah satacaq

ABŞ Pakistana 1 milyard dollarlıq silah satacaq
# 08 aprel 2015 23:54 (UTC +04:00)

Bakı-APA. ABŞ Pakistana 1 milyard dollarlıq hərbi texnika satmaq niyyətindədir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin bəyanatında belə deyilir.

Konqresdə qərarın lehinə səs veriləcəyi təqdirdə Pakistan 15 “Viper” tipli hərbi helikopter, 1 000 ədəd “Hellfire” raketi və müxtəlif sursatlar alacaq. Üstəlik, ABŞ rəsmi İslamabada hərbi mütəxəssislərin hazırlanmasında yardım göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR