“Yehova Şahidləri” Dini İcması Miqrasiya Xidmətini və polis bölməsini məhkəməyə verib

“Yehova Şahidləri” Dini İcması Miqrasiya Xidmətini və polis bölməsini məhkəməyə verib
# 01 aprel 2013 13:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Yehova Şahidləri” Dini İcması Dövlət Miqrasiya Xidmətini və Gəncə şəhər Nizami rayon Polis İdarəsini məhkəməyə verib.

APA-nın məlumatına görə, icma üzvləri Şeveli Vepxiviya Arsenoviç və Şenqeliya Yekaterina Giviyevna deportasiya barədə qərarın, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi-mənəvi ziyanın tutulması barədə iddia tələbləri ilə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə iddianı təmin etmədiyindən Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra icma Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Hazırda işə Ali Məhkəmədə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR