Lənkəranın Bürcəli kəndini su basıb - VİDEO

Lənkəranın Bürcəli kəndini su basıb - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2015 22:32 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 16-da səhər saatlarından yağan şiddətli yağışlar nəticəsində Lənkəran rayonunun Bürcəli kəndində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb, toyuq-cücələrə, mal-qaraya, ərzaq məhsullarına ciddi ziyan dəyib.

APA-nın cənub bürosunun məlumatına görə, dağdan gələn sel suları həmçinin Ələt-Astara magistralının həmin yaşayış məntəqəsindən keçən hissəsində yola axdığından nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər yaranıb.

Hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə bəzi evlərdən sakinlər evakuasiya olunub, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR