Sumqayıtda 2 qardaş həbs edilib

Sumqayıtda 2 qardaş həbs edilib
# 12 aprel 2013 10:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 qardaş tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, 1969-cu il təvəllüdlü Gülağa Lətif oğlu Məhərrəmov və qardaşı, 1973-cü il təvəllüdlü Akif Məhərrəmovdan 500 qram narkotik vasitə olan marixuana götürülüb. Bundan başqa, Gülağa Məhərrəmovun idarə etdiyi “Lexus” markalı avtomobildə 1 ədəd qaz tapançası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR