Bank Of Baku

"Azər-Türk Bank" və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzalayıb

"Azər-Türk Bank" və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzalayıb
# 18 avqust 2026 12:31 (UTC +04:00)

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb.

“Azər-Türk Bank” tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb.

Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları üçün “Bir uşaq - bir gələcək” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Azər-Türk Bank”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR