Xırdalan dairəsindəki tunelin bir hissəsi bağlanır

Xırdalan dairəsindəki tunelin bir hissəsi bağlanır
# 22 may 2015 09:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində də yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbə günündən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq.

Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.

Təmir işləri zamanı tunelin asfalt-beton örtüyünün yenilənməsi nəzərdə tutulub. Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri Xırdalan dairəsinin yan yolundan istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR