Xırdalanda partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən birinin vəziyyəti ağırdır

Xırdalanda partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən birinin vəziyyəti ağırdır
# 08 sentyabr 2014 07:37 (UTC +04:00)

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov APA-ya açıqlamasında deyib ki, oğul 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.

Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR