“Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qanunvericilik” adlı normativ-hüquqi sənədlər toplusu çap edilib

“Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qanunvericilik” adlı normativ-hüquqi sənədlər toplusu çap edilib
# 22 aprel 2013 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən “Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qanunvericilik” adlı normativ-hüquqi sənədlər toplusu çap edilib. AHK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə nəşr olunub.

Məlumata görə, vəsaitin nəşr olunmasında əsas məqsəd Prezident İlham Əliyev tərəfindən 2011-ci il 27 dekabr tarixində imzalanmış “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına ictimai dəstəyin təmin olunması, insan hüquq və əsas azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının daha da səmərəli müdafiəsi mexanizmlərinə nəzəri yardım etməkdir.

Toplunun məsləhətçiləri Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Bela İsmayılovadır. Nəşrə məsul şəxs Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Kamal Cəfərovdur.

Toplu hüquqşünaslar, hüquq mühafizə orqanları əməkdaşları, hakimlər, tələbələr və o cümlədən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün faydalı hesab edilir. Tirajı 500 ədəd olan kitab pulsuz yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR