Qobustan həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 27 mart 2013 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan həbsxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun yanına qısa müddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Elvin Zakir oğlu Tahirovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman kustar üsulla düzəldilmiş 4 litrlik dəmir qabda əridilmiş inək piyinin içərisində yerləşdirilərək gizlədilmiş 2 ədəd “Nokia” markalı, 1 ədəd “Alkatel” markalı, 1 ədəd “Fly” markalı mobil telefon aparatları, 1 ədəd “Nar” kart və 2 ədəd mobil telefon aparatları üçün nəzərdə tutulmuş elektrik qidalandırıcılarının başlıqları aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR