Gənclər Fondunda BMT təmsilçiləri ilə görüş olub - FOTO

Gənclər Fondunda BMT təmsilçiləri ilə görüş olub - <span style="color: red;">FOTO
# 15 avqust 2014 08:54 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ofisində BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini, xanım Nato Alhazişvili, BMT İnkişaf Proqramları şöbəsinin müdiri Cəmilə İbrahimova və BMT İnkişaf Proqramları rəhbəri Məzahir Əfəndiyevlə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və aparat rəhbəri Faiq Qürbətovun görüşü olub.

Fonddan APA-ya verilən məlumata görə, görüşdə F. Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərindən danışıb.

Öz növbəsində, N. Alhazişvili BMT İnkişaf Proqramının gənclərlə bağlı həyata keçirdiyi layihələrdən söz açıb, bu cür layihələrdə Fondun iştirakının əhəmiyyətli olacağını vurğulayıb. O, Fondun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib, bunun cəmiyyətin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib.

Görüşdə gələcəkdə birgə fəaliyyətlə bağlı layihələr haqqında da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR