Elman Mehdiyev: “Qurban bayramınadək sentyabr ayının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılacaq"

Elman Mehdiyev: “Qurban bayramınadək sentyabr ayının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılacaq"
# 16 sentyabr 2015 13:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Çalışacağıq ki, Qurban bayramına qədər sentyabr ayının pensiyalarının bütünlüklə maliyyələşdirilməsini başa çatdıraq. Yəqin ki, buna da nail olacağıq”.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Qurumun rəhbəri qeyd edib ki, bunun üçün fondun kifayət qədər resursu var.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkə əhalisinin gəlirləri azalmayıb: "Əksinə, artım dinamikası davam edir. Növbəti ildə də bu dinamikanın davam edəcəyini proqnozlaşdırırıq və Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta gəlirlərinin artımını gözləyirik. Bunu yanvar-avqust ayları üzrə faktiki göstəricilər də təsdiq edir. Bu müddətdə fond məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 60 milyon manat artıqlaması ilə yerinə yetirilib. Bu da ilin sonuna kimi tendensiyanı davam etdirə biləcəyimizə və növbəti ildə də bu sahədə heç bir problem olmayacağına zəmin yaradır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR