FHN-in əməkdaşları sambo və çimərlik voleybolu yarışlarında iştirak ediblər

FHN-in əməkdaşları sambo və çimərlik voleybolu yarışlarında iştirak ediblər
# 11 iyul 2016 15:03 (UTC +04:00)

Bakı - APA. İyulun 6-9-da Bakı şəhər Şağan Olimpiya kompleksində sambo üzrə yeniyetmələr və gənclər arasında çempionat keçirilib.

Çempionatda 35 komanda və 450 idmançı birincilik uğrunda mübarizə aparıb.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Elçin Heybətov 82 kq və Tural Hüseynov 90 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.

İyulun 9-10-da isə Pirşağı "Həyat" çimərlik və Voleybol Mərkəzində Çimərlik voleybolu üzrə açıq respublika çempionatı keçirilib. Yarışda FHN-in əməkdaşları da iştirak edib. Çempionatda 12 komanda və 24 iştirakçı təmsil olunub.

Nazirliyinin əməkdaşları Cəlil Cəlilov və Vüqar Bayramov 2-ci yerə, Ülvi Rəcəbli və Cavid Süleymanov isə 3-cü yerə layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR