BP: Dünya neft sektoruna sərmayələr 120 mlrd. dollar azalıb

BP: Dünya neft sektoruna sərmayələr 120 mlrd. dollar azalıb
# 22 aprel 2015 06:25 (UTC +04:00)

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BP şirkətinin rəhbəri Robert Dadli beynəlxalq "IHS CERAWeek 2015" konfransında bildirib.

Onun sözlərinə görə, neftin ucuzlaşması enerji resurslarının istehsalçı və istehlakçılar arasında 1,3 mlrd. dollar həcmində vəsaitin yenidən bölüşdürülməsinə səbəb olub.

Qeyd edək ki, bu ilin əvvəlində dünya bazarında neft iki dəfədən çox ucuzlaşaraq 45 dollara düşüb. Lakin yanvarın sonunda - fevralın əvvəlində "Brent" markalı neft yenidən bahalaşaraq 60 dollar səviyyəsinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR