Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan zabitləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 30 may 2015 15:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində “NATO-nun regional kollektiv təlimi-2016”nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Macarıstanın Budapeşt şəhərində qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR