Mətbuat Şurası ilə Belçika Türkcə Media Birliyi arasında anlaşma memorandumu imzalanıb

Mətbuat Şurası ilə Belçika Türkcə Media Birliyi arasında anlaşma memorandumu imzalanıb
# 01 iyun 2016 09:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Mətbuat Şurası Belçika Türkcə Media Birliyi ilə anlaşma memorandumu imzalayıb.

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, sənəd sözügedən qurumun sədri Hüseyn Dönməz, sədr müavini Cəlil Gündoğdu, habelə Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirci, Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncer Sarının iştirakı ilə Şurada aparılan müzakirələr nəticəsində ərsəyə gəlib.

MŞ sədri, deputat Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə yaradılıb. Qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Ə.Amaşov MŞ-nin beynəlxalq əlaqələri barədə məlumat verib, türk dünyasının ayrı-ayrı bölgələrində fəaliyyət göstərən media qurumları ilə intensiv münasibətlərdən söz açıb.

Qeyd edək ki, Beçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ətraf bölgələrində fəaliyyət göstərən TV, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Azərbaycan Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşımaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR