Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustun 20-də baxacaq

Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustun 20-də baxacaq
# 30 iyun 2016 00:25 (UTC +04:00)

Bakı-APA. Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 20-də baxacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya parlamentin yuxarı palatasının sədri Renan Kaleyros bildirib.

Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

Xatırladaq ki, avqustun 5-dən 21-dək Braziliyada XXXI yay Olimpiadası keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Olimpiya oyunlarıdır.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR