Bakıda kafedə dava olub, xəsarət alanlar var

Bakıda kafedə dava olub, xəsarət alanlar var
# 27 may 2015 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kafedə dava düşüb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, M. Həsənov küçəsi 1 ünvanında yerləşən “Karvan” kafesində qeydə alınıb. Kafedə olan naməlum şəxslər Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Yəhya Bilal oğlu Cabbarovu döyüblər. Naməlum şəxslər daha sonra kafenin qapı və pəncərələrini qırıblar.

Dava zamanı Ələmdar və Hüseyn adlı şəxslər də yüngül xəsarət alıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisə iştirakçılarından ikisinin adı müəyyənləşib. Hazırda onların tutulması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR