Bu ilin birinci rübündə ölkə daxilində neft emalı məhsullarının istehlakı 6%-dək artıb

Bu ilin birinci rübündə ölkə daxilində neft emalı məhsullarının istehlakı 6%-dək artıb
# 16 may 2015 11:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci rübündə ölkə daxilində əsas növ neft emalı məhsullarının istehlakı 923,6 min ton olub və 2014-cü ilin müvafiq dövri ilə müqayisədə 5,7% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlakın 37,3%-ni avtomobil benzini, 29,4%-ni dizel yanacağı, 16,1%-ni mazut yanacağı, 5,3%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 4,9%-ni ağ neft, 3,1%-ni neft bitumu, 2,9%-ni maye qaz, 1,0%-ni sürtkü yağları təşkil edib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə mazut istehlakı 20,9 dəfə, neft-kimya sənayesində istifadə üçün benzin 50,6%, neft koksu 50,0%, ağ neft 29,2% artıb, digər neft məhsullarının istehlakı isə azalıb.

Bu ilin birinci rübündə ölkədə 8,0 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları mövcud olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artıb. Ehtiyatların 65,8%-i hasilatın, 34,2%-i isə ilin əvvəlinə olan qalığın hesabına formalaşıb.

Təbii qaz ehtiyatlarının 52,2%-i ölkə daxilində istehlakın, 29,3%-i ixracın, 6,5%-i itkilərin payına düşüb, 12,0%-i isə aprelin 1-i vəziyyətinə ehtiyat kimi mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR