Ədənin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində 20 nəfər ölüb

Ədənin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində 20 nəfər ölüb
# 08 aprel 2015 20:46 (UTC +04:00)

Bakı-APA. Aprelin 8-də Yəmənin cənubundakı Ədən şəhərinin yaşayış məhəllələri üsyançı şiələr (husilər) tərəfindən atəşə tutulub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 20 nəfər ölüb, 70-dən çoxu xəsarət alıb.

Yaralananların əksəriyyətinin dinc sakinlər olduğu bildirilir.

Qeyd edək ki, bir gün əvvəl husilərlə Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadinin tərəfdarları arasında baş verən toqquşmalarda 11 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR