Azərbaycanda əmlak bazarında regionların payının artımı davam edir

Azərbaycanda əmlak bazarında regionların payının artımı davam edir
# 02 aprel 2015 11:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak bazarında regionların payının artımı 2014-cü ildə davam edib.

Bu barədə “APA-Economics”ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

2014-cü ilin yekunlarına görə, əmlakın qeydiyyatında regionların payı 69%-ə çatıb. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.

Qeyd edək ki, bu dövrdə qeydiyyatdan keçən çoxmərtəbəli binalardan 45-i regionlardadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR